Qaydalardan xəbərsiz sürücü yolayrıcında qalıb hərəkəti çətinləşdirdi - VİDEO

Qaydalardan xəbərsiz sürücü yolda hərəkətə çətinlik yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 29-da, paytaxtın Zahid Xəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələrinin kəsişməsində baş verib.
Belə ki, 99-XE-930 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü tıxac olduğunu görsə də yolayrıcına girərək yolun ortasında qalıb. Digər istiqamətə yaşıl işıq yanan zaman isə həmin avtomobillərin qarşısını kəsərək onların hərəkətinə çətinlik yaradıb. Yolun keçilməz olduğunu görən sürücü geriyə hərəkət etməyə məcbur olub. Bu zaman keçidin üzərində dayanaraq növbəti dəfə qaydanı pozub.
"Yol hərəkəti haqqında" haqqında qanunun 75-ci maddəsinin II hissəsində qeyd olunub ki, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










