Qaydaları hələ də bilməyən “Prius” sürücüsü əks istiqamətə çıxdı - VİDEO

Qaydalar 27 Fevral 2026 13:30
Qaydaları hələ də bilməyən “Prius” sürücüsü əks istiqamətə çıxdı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 25‑də saat 18:19‑da qeydə alınıb. Videodan göründüyü kimi, “Toyota Prius” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq hərəkət edib. Bu zaman o, qarşıdan gələn avtomobilə təhlükə yaradıb.

Qeyd edək ki, sözügüdən ərazidə yol birtərəflidir. Qayda pozan sürücü yol nişanlarına diqqət yetirmədən əks istiqamətli hərəkət zolağına daxil olub. 

Xatırladaq ki, sürücünün törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 4 bal və 150 manat cəriməylə nəticələnir.
 

Nərmin

Oxunub : 330
ŞƏRH YAZ
Ad

E-mail

Şərh