Banner

Qaydaları pozan motosiklet sürücüsü yük maşınının altında qaldı - VİDEO

Qaydalar 22 Aprel 2025 22:03 Oxunub 576
Qaydaları pozan motosiklet sürücüsü yük maşınının altında qaldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qaydaları pozan motosiklet sürücüsü nəticəsini ağır ödəyib. Avtosfer.az xəbər verir ki, Çində baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.

Kadrlarda yolun sağ hissəsi ilə hərəkət edən motosiklet sürücüsünün anidən sola döndüyü və bu zaman eyni istiqamətdə hərəkətdə olan avtomobilin qarşısına çıxdığı görülür. Motosikletçi ilk qayda pozuntusundan minik avtomobilinin sürücüsünün sayıqlığı və diqqəti sayəsində hadisədən xəsarət almadan qurtulur.

Lakin, ikinci dəfə qayda pozan sürücü motosikleti ayaqları ilə hərəkət etdirərək əks yol çıxır və bu dəfə yük maşını onu vurur.

Yerli KİV-in məlumatına görə, qəza nəticəsində yaşlı motosikletçi yüngül xəsarətlər alıb.

Sözügedən qəzanın videosunu təqdim edirik:

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh