Reklam

Qaydaları pozan piyadalar həbs olunacaq və ya 4628 manat ... – YENİ QANUN GƏLİR

Qaydalar 1 Dekabr 2024 13:17 Oxunub 2760
Qaydaları pozan piyadalar həbs olunacaq və ya 4628 manat ... – YENİ QANUN GƏLİR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti 2025-ci ilin martında yeni yol hərəkəti qaydaları ilə bağlı qanunun qüvvəyə minəcəyini açıqlayıb.

Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, yeni qanunun müddəaları yol hərəkəti qaydalarını pozan piyadalara qarşı cəzaları xeyli sərtləşdirəcək.

Belə ki, sürət həddi 80 km/saat və ya daha yüksək olan, təyin olunmamış yerlərdə yoldan keçənlərə qarşı daha sərt cəzalar tətbiq olunacaq.

Qanunu pozanları azı 3 ay həbs cəzası və ən azı 10 min dirhəm (4628 manat) cərimə olunacaq.

Hər hansı bir yolu səhv yerdən keçmək və ya işıqforun qadağanedici siqnalına əməl etməməyə görə, qəza baş verərsə, burada piyadanın məsuliyyəti də yaranır. Qanunu pozan 5 min dirhəmdən 10 min dirhəmədək (2314 - 4628 manat) cərimə ilə cəzalandırılacaq və ya həbs ediləcək.

Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları ümid edir ki, yeni tədbirlər piyadaların davranış mədəniyyətini yaxşılaşdıracaq və bu, yollarda qəzaların azalmasına kömək edəcək.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh