Qaydaları pozan sürücü: "Nazir qırmızıda dayanır, amma mən yox" - VİDEO
Qaydalar 19 Fevral 2021 11:05 Oxunub 14250
Qaydaları pozan sürücü:  "Nazir qırmızıda dayanır, amma mən yox" - VİDEO

Yolda təhlükəli manevrlər edən daha bir sürücü çəkdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. Belə ki, 90-LS-894 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü müxtəlif vaxtlarda hərəkət edərkən əl əyləcindən istifadə edərək avtomobili fırladıb və svetoforun qırmızı işığında hərəkət edib.

Avtosfer.az sürücülərin sosial şəbəkədə “trendə” düşməsi və insanlara pis nümunə olması mövzusuna əvvəllər toxunmuşdu. Dırnaqarası trendə düşmək istəyən sürücülər bir-birilərinə baxaraq svetoforun qırmızı işığında hərəkət edib həmin anları videoya çəkir və “nazir qırmızı işıqda dayanır, bunlar yox” səsini həmin videoya montaj edərək paylaşırlar. Bunu görən digər intizamsız sürücülər də eyni hərəkətləri etməyə cəhd edirlər.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh