Qaydaları saymayan sürücüdən təhlükə saçan hərəkətlər - VİDEO

Qaydalar 30 Sentyabr 2024 11:00 Oxunub 228
Qaydaları saymayan sürücüdən təhlükə saçan hərəkətlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında qaydaları pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Ukrayna dairəsində baş verib.

99-MD-806 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü dairəyə daxil olan zaman təhlükəsizlik adacığının tələbini pozaraq təhlükəli şəkildə ötmə edib. Dairəni tərk edən zaman sol zolaqdan qəfil sağa dönərək digər sürücülərin hərəkətinə mane olub.

"Yol Hərəkəti Haqqında" qanunda qeyd olunub ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına istənilən zolaqdan daxil olmaq olar. Lakin dairəni ən sağ zolaqdan tərk etmək lazımdır.

Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Könül Rauf

ŞƏRH YAZ
Ad

E-mail

Şərh