Qaydanı pozub maşını sıxışdırdı, sonra isə qəfil tormoz verib təhlükə yaratdı - VİDEO

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 15-də, paytaxtın Ziya Bünyadov prospektindəki tuneldə qeydə alınıb. Sözügedən yolun həmin hissəsində iki zolaq 20 Yanvar istiqamətindən, iki zolaq isə Qələbə dairəsi istiqamətindən gəlib tunelə qoşulur. Tunelin çıxışına doğru olan hissədə isə hər iki istiqamətdən gələn zolaqlar birləşərək iki zolağa keçir. Bu zaman trayektoriya kəsişərkən sağda olan sürücüyə yol vermək lazımdır.
Videogörüntüdə əks olunan 90-SJ-088 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü trayektoriya kəsişən yerdə sağındakı xanım sürücüyə yol verməyərək onu sıxışdırıb. Daha sonra isə qarşısına keçərək qəfil tormoz verib. Hadisə zamanı sürücü təhlükəli vəziyyətlə üz-üzə qalıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirdi ki, videogörüntüylə əlaqədar araşdırma başlanılıb və sürücü barəsində qanunamüvafiq tədbir görülüb.
Fərid
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










