Qazaxda ölümə gedən iki sürücü - VİDEO
Qaydalar 16 İyul 2020 14:58 Oxunub 2392
Qazaxda ölümə gedən iki sürücü - VİDEO

Qazax rayonunda qaydaları pozan iki sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, iyulun 13-ü Bakı-Qazax yolunun 472-ci kilometrində hərəkət edən 20-DV-956 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü 1.1 bütöv xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağında ötmə etməyə başlayıb. Sağ zolaqda hərəkət edən digər "Mercedes" markalı avtomobilin sürücüsü sola manevr edən zaman yol nəqliyyat hadisəsi baş verəcəkdi. Sürücülər qəzadan son anda yayınıb.

99-NP-633 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü də 1.1 bütöv xəttin tələbini pozaraq ötmə əməliyyatı edən zaman qarşıdan gələn "Qazel" markalı avtomobilə təhlükə yaradıb.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh