Qəfil avtobusun önünə çıxan “Prius” sürücüsü qəzadan son anda xilas oldu - VİDEO

Paytaxtın mərkəzi küçələrindən biri təhlükə yaradan sürücü anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün öncə səhər saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, yaşayış zonasına daxil olmaq istəyən “Toyota Prius” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sağa keçib. Bu vaxt o, həmin zolaqda hərəkətdə olan “BakuBus” MMC-yə məxsus 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa qəza şəraiti yaradıb. Xoşbəxtlikdən təhlükəylə üzləşən sürücü avtobusu vaxtında saxlayaraq baş verəcək qəzanın qarşısını alıb. Hadisə şahidinin iddiasına əsasən, sürücülər arasında daha sonra mübahisə yaranıb.
Qeyd edək ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olmağa icazə verildiyi hallarda belə əvvəlcə zolaqda avtobusun olub-olmamasına diqqət yetirmək lazımdır. Əgər zolaq boşdursa bu halda keçmək olar. Əks halda videodakı sürücü kimi təhlükəyə ən pis variantda isə qəzaya gətirib çıxaracaq.
Nərmin
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










