Qəfil manevr edən sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO

Bakı şəhəri, Əliyar Əliyev küçəsində üç nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan motosiklet sürücüsünün vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Əliyar Əliyev 218 küçəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 23 yaşlı (kişi cinsli) şəxsə ilkin tibbi xidmət göstərilib və o, Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Pasiyentə çənənin ikitərəfli yerdəyişməsi, böyrəklərdə hematoma diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - məlumatda qeyd olunub.
***
Bakı şəhəri, Əliyar Əliyev küçəsində üç nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, qəzaya səbəbin nəqliyyat vasitələrinin yanlış geridönmə manevri etməsi olduğu bildirilir. Hərəkətdə olan nəqliyyat vasitəsinin təhlükəsizlik kamerası ilə qeydə alınan görüntülərdən məlum olur ki, qara rəngli "Hyundai Grandeur" markalı avtomobil geridönmə manevri edir. Bu zaman ağ rəngdə olan "Toyota Prius" markalı avtomobil də qarşıdakı nəqliyyat vasitəsini gözləmədən eyni manevri etməyə çalışır. Bu zaman eyni istiqamətdə hərəkət edən motosiklet qəfil manevr edən "Prius"a çırpılır. Hadisə nəticəsində motosiklet sürücüsü ağır xəsarət alıb.
Hadisənin anbaan görüntüləri:
Milli Məclis İXM-də telefondan istifadəyə görə cərimə məsələsinə birtərəfli yanaşmamalıdır – EKSPERT
Zolağını dəyişən sürücü qəfil tormoz verib qəza şəraiti yaratdı - VİDEO
Dayanacağa girməyən avtobus sürücüsü yolda sərnişin düşürüb-mindirdi - VİDEO
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO












