Qəfildən fikrini dəyişən sürücü sola dönüb qəza şəraiti yaratdı - VİDEO

Qaydalar 6 Sentyabr 2024 12:00 Oxunub 234
Qəfildən fikrini dəyişən sürücü sola dönüb qəza şəraiti yaratdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalanda baş verən qayda pozuntusunun videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 26-da, Mehdi Hüseynzadə küçəsində baş verib.

Belə ki, 77-NJ-298 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü sağ zolaqda hərəkət etdiyi anda qəfildən fikrini dəyişib. O, yolayrıcına çatan zaman sola dönərək görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb.

Qanunvericilikdə qeyd olunub ki, sola dönən sürücü müvafiq kənar vəziyyət seçməlidir. Bu qayda pozuntusunu törədən sürücüləri İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə gözləyir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh