Qəza şəraiti yaradan "Hummer" sürücüsü əl-qol atdı: "ağıllı adama rast gəlməmisən" - VİDEO
Qaydalar 24 Noyabr 2021 10:59 Oxunub 10788
Qəza şəraiti yaradan "Hummer" sürücüsü əl-qol atdı: "ağıllı adama rast gəlməmisən"  - VİDEO

Bakıda sürücülər arasında olan mübahisə anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, qəza şəraiti ilə üzləşən moped sürücüsü görüntüləri qeydə alaraq sosial şəbəkədə paylaşıb. Sürücü bildirir ki, yolda hərəkət edən zaman “VAZ” markalı avtomobil manevr qaydasını pozaraq onun zolağına keçib. Səs siqnalı ilə xəbərdarlıq edən zaman “Hummer” markalı avtomobilin sürücüsü də eyni hərəkəti edərək moped sürücüsünə qəza şəraiti yaradıb. Bundan sonra hər iki sürücü arasında mübahisə başlayıb. Moped sürücüsünün sözlərindən belə başa düşülür ki, o heç bir qaydanı pozmayıb. Günah isə “Hummer”in sürücüsündə olub. Lakin günahı olan sürücü “tank boyda maşını görmürsən”- deyərək özünə haqq qazandırmağa çalışıb və moped sürücüsünə əl-qol ataraq “ağıllı adama rast gəlməmisən”- deyərək mübahisəni dərinləşdirməyə başlayıb. Yaxınlıqdakı insanların müdaxiləsi nəticəsində xoşagəlməz halın qarşısı alınıb.

Fərid

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh