Qəza şəraiti yaratdı, ardınca “Yaxşı edib yol vermirəm, çək qırağa..” dedi - 77-FL-307 - VİDEO

Paytaxtın Xətai rayonu, Neapol küçəsində qayda pozan sürücü qəza riskinə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 17-də saat 19:15 radələrində qeydə alınıb. Belə ki, 77-FL-307 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil olunmuş yolayırıcının keçilməsi qaydasını pozub. Belə ki, o, dairə boyunca hərəkət edən avtomobilin yolunu kəsərək təhlükə yaradır. Bu vaxt görüntünü qeydə alan sürücü siqnal verərək maşını saxlayır və qəzadan son anda xilas olur.
Daha sonra o, qayda pozan avtomobilə yaxınlaşaraq nə üçün yol vermədiyini soruşur. “Hyundai”ın sürücüsü isə onun suaılını cavablamadan niyə siqnal verdiyini irad bildirir. Görüntünü qeydə alan sürücü “Yaxşı edib siqnal verirəm” deyir. Onun bu cavabının qarşılığında qayda pozan şəxsin “Mən də yaxşı edib yol vermirəm” deməsi sürücünü daha da əsəbiləşdirir. O, “Hyundai”ın sürücüsünə “Ağıllı ol, ay kişi” deyə müraciət edir. Xəta törədən sürücü isə “Çək qırağa, sənə ağıllı olduğumu göstərim” bildirərək onun bu müraciətini cavabsız qoymur.
Xatırladaq ki, Yol Hərəkəti Haqqında Qanunun 42-ci madəsində qeyd olunub ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının qarşısında qoyulmuş 4.3 nişanı olduqda, sürücülər dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.
Nərmin
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










