Qəza törədən sərhəd xidmətinin xanım əməkdaşı barmaq göstərib qaçdı - VİDEO

Qaydalar 29 İyul 2024 10:00 Oxunub 1282
Qəza törədən sərhəd xidmətinin xanım əməkdaşı barmaq göstərib qaçdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qəza törədən xanım sürücü hadisə yerindən yayınıb. Bu barədə Avtosfer.az-a məlumat verən zərərçəkmiş sürücü başına gələn hadisənin görüntülərini videoya çəkib.

Belə ki, 99-RL-370 qeydiyyat nişanlı "VAZ" markalı avtomobilin sürücüsü 77-GH-786 qeydiyyat nişanlı "KIA" markalı avtomobili arxadan vurub. Lakin xanım sürücü qəza törətmədiyini iddia edərək hadisə yerindən yayınmağa çalışıb.

Zərərçəkən sürücü onun videosunu qeydə alan zaman, xanım sürücü nalayiq hərəkətlər edərək oradan uzaqlaşıb.

Qeyd edək ki, qəzaya səbəb olan xanım sürücünün Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilir.

Sözügedən videonu təqdim edirik:

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh