![Sürücü hansı istiqamətlərə gedə bilər? - CAVAB VER HƏDİYYƏ QAZAN](/upload/news/small/77650.jpg)
Qəza törədən sərhəd xidmətinin xanım əməkdaşı barmaq göstərib qaçdı - VİDEO
Qaydalar
29 İyul 2024 10:00
Oxunub 1870
![Qəza törədən sərhəd xidmətinin xanım əməkdaşı barmaq göstərib qaçdı - VİDEO](/upload/news/2742258.jpg)
Bakıda qəza törədən xanım sürücü hadisə yerindən yayınıb. Bu barədə Avtosfer.az-a məlumat verən zərərçəkmiş sürücü başına gələn hadisənin görüntülərini videoya çəkib.
Belə ki, 99-RL-370 qeydiyyat nişanlı "VAZ" markalı avtomobilin sürücüsü 77-GH-786 qeydiyyat nişanlı "KIA" markalı avtomobili arxadan vurub. Lakin xanım sürücü qəza törətmədiyini iddia edərək hadisə yerindən yayınmağa çalışıb.
Zərərçəkən sürücü onun videosunu qeydə alan zaman, xanım sürücü nalayiq hərəkətlər edərək oradan uzaqlaşıb.
Qeyd edək ki, qəzaya səbəb olan xanım sürücünün Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilir.
Sözügedən videonu təqdim edirik:
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR