Qəzadan güclə xilas olan velosipedçi yenə qayda pozaraq yoluna davam etdi - VİDEO

Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində qayda pozan velosipedçi avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 26-da saat 22:06 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, əks istiqamətdə hərəkət edən velosipedçi qoşa xətti tapdalayaraq qarşı zolağa keçir. Daha sonra işıqforun qırmızı işığında dayanan avtomobillərin arasından keçən sürücü sağdan gələn maşına çırpılmaqdan son anda xilas olur. Bu zaman görüntünü qeydə alan sürücü siqnal verərək ona iradını bildirir. Velosipedçi isə əli ilə işarə edib qırmızı işığa məhəl qoymadan yolayrıcına daxil olur.
Qeyd edək ki, “Yol Hərəkəti Haqqında” Qanuna əsasən, velosipedçilər də ümumi yol hərəkəti qaydalarına tabe olan iştirakçı hesab olunurlar. Bu səbəbdən onlar işıqforun tələblərinə riayət etməli, əks istiqamətə çıxmamalı və qoşa xətti keçməməlidirlər.
Nərmin
Velosiped zolağını parkinqə çevirən sürücü - 90-AA-953 - FOTO
Özünə yer tapmayan sürücü ard-arda qəza şəraiti yaratdı - VİDEO
Prospektdə sol zolağı tutan yük maşını yol boyu təhlükə saçdı - VİDEO
Siqaret çəkib telefonla danışan avtobus sürücüsünü vətəndaş İFŞA ETDİ - VİDEO
Güzgünü “unudan” “Prius” sürücüsü qəzadan son anda yayındı - VİDEO
Xanım sürücü maşını yolun ortasında park edib mağazaya getdi - VİDEO
Maşını həm ikinci cərgədə, həm də döngədə park edən sürücü hamının yolunu kəsdi - VİDEO
“Ərim gəlsin” deyən sərxoş qadın sürücü yol polisinə yalvardı - 500 manat cərimələndi - VİDEO
Qabağa keçmək üçün hər yola əl atan sürücü görün sonda nə etdi - VİDEO
Nişanı heçə sayan sürücülər kameradan gizlənmək üçün zolağı zəbt etdi - VİDEO
Tıxacdan “çıxış yolu”nu tapan sürücülər avtobus zolağında şütüdülər - VİDEO











