Reklam

“Qəzalarda zərər çəkənlər bu qurumları məhkəməyə versə...” – ƏHALİYƏ TƏKLİF - VİDEO

Qaydalar 29 Noyabr 2024 16:34 Oxunub 214
“Qəzalarda zərər çəkənlər bu qurumları məhkəməyə versə...” – ƏHALİYƏ TƏKLİF - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda ölümlə nəticələnən avtomobil qəzalarının statsitikası sürətli şəkildə artmaqda davam edir. Bununla bağlı həm dövlət qurumları, həm də mütəxəsissilər həyəcan təbili çalır və sürücüləri, eləcə də piyadaları yollarda daha diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi yanaşmağa çağırır.

Avtosfer.az xəbər verir ki, bu ay ərzində baş verən yol-nəqliyyat hadisələri nəticəsində 2-3, hətta son ağır qəzada 7 nəfərin  həlak olması ilə bağlı rəsmi açıqlama verilib. Həmin 7 nəfərin həlak olduğu qəzada ölənlərin beşi hərbi qulluqçu idi.

Mövzu ilə əlaqədar saytımızın sosial şəbəkə hesablarında canlı yayım zamanı izləyicilərin suallarını cavablayan nəqliyyat eksperti Elməddin Muradlı hərbçilərin həlak olması ilə bağlı şərh verərkən bildirib ki, 5 hərbçinin 1 qəzada həlak olması həqiqətən də faciəvi vəziyyətdir:

“5 hərbi qulluqçu bilirsiz nə deməkdir? 5 əsgərin, 5 hərbi qulluqçunun, xüsusən də müddətdən artıq hərbi xidmət edən qulluqçudan ibarət bir döyüş mövqeyini qoruyan bir heyət. Və biz bu heyəti 1 qəzada itiririk. Bəzən hərbi qulluqçular da xidmət etdikləri bölgələrdə ehtiyatsızlıq edirlər. Bir çox hallarda polis onlara hörmət edir, saxlamır,   cərimə yazmırlar. Həmin hərbbçilər də bundan istifadə edirlər, qayda pozurlar, sərt manevrlər, ötmə və  sürətlə avtomobil idarə edilməsi və s.  Düünənki qəzanın görüntülərinə baxdığımız zaman aydın görünür ki, 2 maşından biri əks istiqamətə çıxıb və çox yüksək sürətli toqquşma baş verib. Məhz bu səbəbdən “jiquli” o vəziyyətə düşmüşdü. Bununla yanaşı, yolların normativlərə uyğun olaraq işıqlandırılmaması ciddi təhlükə yaradır. Mən xatırlayıram, təxminən 4-5 il əvvəl cənab Prezident İlham Əliyev hökumət iclasının birində tapşırıq verdi ki, bütün yollar, küçələr işıqlandırılmalıdır. Doğrudur, bu işlər davam etdirilir, lakin çox ləng. İşıqlı küçədə oğurluqların sayı azalır, narkomaniya ilə mübarizə asanlaşır, evsiz insanların qaranlıq ərazidə məskən salmasının qarşısı alınır. Avtomobillər qarət edilmir,  piyadaların təhlükəsizliyi təmin olunur. Görün, bircə işıqlandırılmanın təminatı nə qədər hadisələrin qarşısını almış olur. Bəzi qəzaların baş verməsinin əsasında aidiyyəti qurumların bəzilərinin özlərinin vəzifələrini kifayət qədər keyfiyyətli reyinə yetirməməsidir”.

Elməddin Muradlı vurğulayıb ki, qəzalar zamanı zərər çəkən şəxslər aidiyyəti qurumları məhkəməyə verərək təzminat istəsə, həmin orqanlar öz vəzifələri düzgün yerinə yetirməyə başlayacaq:

Həmin canlı yayımın görüntülərini sizə təqdim edirik:

Səfər

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh