Əks yola çıxıb təhlükə yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, həmin sürücü polis əməkdaşları tərəfindən artıq saxlanılıb və törətdiyi əmələ görə cərimələnib.
*** 12:30
Paytaxtın Yasamal rayonunda kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 6-da saat 17:41 radələrində Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Görüntülərdən aydın olur ki, işıqforun qırmızı işığında dayanmaq istəməyən 90-BS-980 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb və axına qarşı hərəkət edib.
Nəticədə o, qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb və qəza şəraitinə səbəb olub.
Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 4 bal və 150 manat cəriməylə nəticələnir.
Nərmin
Sürücülər bu qaydanı qəsdən pozurlar: Tıxacın əsl səbəbi budur - VİDEO
Bu sürücü nə etdiyini özü də bilmir: Yolun ortasında saxlayıb... - VİDEO
Yol polisi sürücülərin hər gün etdiyi səhvin görüntülərini yaydı – Biabırçılıq - VİDEO
Xaçmazda narkoman sürücülər həbs edildi - FOTO
Vəsiqəsiz maşın sürən şəxs narkoman çıxdı - FOTO
Maşını narkotikin təsiri altında idarə etdi – 15 sutka həbs edildi - FOTO
Az qala piyadanı vuran sürücü öz yolu ilə gedən maşına da təhlükə yaratdı - VİDEO
Gecə yük maşınının işıqlarını söndürən sürücü yolda təhlükə saçdı - VİDEO
Bilmirsən pul qazanmağa çıxıb, yoxsa "avtoşluq" etməyə: Qorxulu anlar yaşandı - VİDEO
Qaydalardan bixəbər sürücü yolu kəsib çıxılmaz vəziyyətə düşdü - VİDEO
Musabəyov parkına tərəf çıxmaq istəyən sürücülər çətinlik çəkirlər - Necə olmalıdır? - VİDEO










