Qırmızı işığa səbri çatmayan sürücü əks yola çıxıb təhlükə yaratdı - VİDEO

Qaydalar 9 Fevral 2026 12:30
Qırmızı işığa səbri çatmayan sürücü əks yola çıxıb təhlükə yaratdı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonunda kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 6-da saat 17:41 radələrində Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Görüntülərdən aydın olur ki, işıqforun qırmızı işığında dayanmaq istəməyən 90-BS-980 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb və axına qarşı hərəkət edib.

Nəticədə o, qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb və qəza şəraitinə səbəb olub.

Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 4 bal və 150 manat cəriməylə nəticələnir.

Nərmin

Oxunub 498
ŞƏRH YAZ
Ad

E-mail

Şərh