Qırmızı işıqda keçib özünü "trendə" salmaq istəyən sürücü cərimələndi - VİDEO
Qaydalar 20 Fevral 2021 17:20 Oxunub 1824
Qırmızı işıqda keçib özünü "trendə" salmaq istəyən sürücü cərimələndi - VİDEO

Yolda təhlükəli manevrlər edərək svetoforun qırmızı işığında hərəkət edən 90-LS-894 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü məsuliyyətə cəlb olunub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında sürücü müəyyən edilərək barəsində qanunamüvafiq qaydada tədbir görülüb. Svetoforun qırmızı işığında hərəkət etdiyinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 60 manat cərimə tətbiq edilib.

Təbriz

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh