Qırmızı işıqda keçib təhlükə yaradan sürücü saxlanıldı - VİDEO

Qaydalar 22 Mart 2021 12:20 Oxunub 2568
Qırmızı işıqda keçib təhlükə yaradan sürücü saxlanıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtosfer.az saytında "Qırmızı işıqda keçən sürücü ağır qəzaya səbəb olacaqdı" başlığı ilə dərc olunan videogörüntüyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən dərhal reaksiya verildi. İdarənin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında qeyd edib ki, xətanı törədən sürücü dərhal aşkar edilərək idarəyə dəvət edilib. Sürücü 1976-cı il təvəllüdlü Abasov Yusif Seyfulla oğlu törətdiyi xətanı səmimi etiraf edərək peşmançılığını bildirib. Onun izahatı alındıqdan sonra barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 60 manat cərimə tətbiq edildi.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh