Qırmızı işıqda özünü maşının qarşısına atdı və sürücünü günahlandırdı - VİDEO

Bakıda piyadaların qaydalara riayət etməməsi xüsusilə müəyyən yerlərdə daha qabarıq şəkildə müşahidə olunur. Bu kimi halların ən çox qeydə alındığı yerlərdən biri də Bəxtiyar Vahabzadə küçəsidir. Hüseyn Cavid prospekti ilə kəsişən bu ərazidə piyadaların qayda pozuntusu adi hal alıb. Svetoforun siqnallarına məhəl qoymadan yolu keçən piyadalar təkcə öz həyatlarını təhlükəyə atmırlar, həm də avtomobillərin hərəkətinə mane olaraq nəqliyyat axınında ciddi problemlər yaradırlar. Xüsusilə pik saatlarda bu cür davranışlar tıxacların yaranmasına, habelə qəza riskinin artmasına səbəb olur.
Mövcud vəziyyət bir çox müşahidəçilərin diqqətindən yayınmayıb. Qeydə alınmış bir videoda yolu qırmızı işıqda keçən bir qadının davranışı bu problemin ciddiliyini bir daha ortaya qoyur. Belə ki, həmin qadın avtomobilin qarşısına qəfil çıxaraq təhlükəli vəziyyət yaradıb. Avtomobil sürücüsünün dayanmağa çalışdığı anda, qadın özünü müdafiə etmək məqsədilə əlini qaldıraraq sürücüyə "üstümə niyə sürürsən?" məzmunlu jest edib. Bu hal, bir tərəfdən piyadaların məsuliyyətsizliyini, digər tərəfdən isə yol hərəkəti qaydalarının kifayət qədər nəzarət edilmədiyini göstərir.
Həmin ərazinin xüsusiyyətlərindən biri də yaxınlıqda yerləşən təhsil müəssisələridir. Nəticədə, gün ərzində yüzlərlə tələbə və digər piyadalar bu küçədən keçərək oxşar davranışlar nümayiş etdirirlər. Bu isə həm onların, həm də sürücülərin həyatı üçün ciddi təhlükə yaradır.
Nərmin
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










