Qırmızı işıqda özünü ölümə atan piyada təhlükə yaratdı - VİDEO

Bakıda piyadanın yol hərəkəti qaydalarını pozması təhlükəli vəziyyət yaradıb. Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 15-də paytaxtın Vaqif prospektində baş verib. Belə ki, nəqliyyat vasitələri üçün yaşıl işıq yandığı vaxtda bir piyada qəfil hərəkət hissəsinə daxil olaraq qarşı tərəfə keçməyə çalışıb. Bu zaman o, hərəkətdə olan avtomobillərin qarşısına çıxaraq həm öz həyatını riskə atıb, həm də sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Videodan da açıq şəkildə görünür ki, sol zolaqda hərəkət edən avtomobilin sürücüsü kəskin tormoz verməklə piyadanı vurmaqdan son anda yayına bilib.
Təəssüf ki, bəzi piyadalar keçidi istədikləri formada keçə biləcəklərini düşünürlər. Bu, yanlış yanaşmadır. Belə davranış, ən yaxşı halda inzibati cərimə ilə nəticələnə bilər. Daha təhlükəlisi isə avtomobilin piyadanı vurması ilə faciəyə çevrilə bilər.
Fərid
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO
Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir - 77-HN-425 - FOTO
Sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO - YENİLƏNİB
Yolda bir-birinə sürtünən sürücülər qəza vəziyyəti yaratdı - VİDEO
Sürücü fəryad etdi: Elə bil yoncalıqda maşın sürürlər - VİDEO
Yola baxmadan manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Biləcəridə əks yola çıxan sürücü qarşıdan gələnləri riskə atdı - 10-ZT-837 - VİDEO
Qayda tanımayan sürücü digər avtomobili əks yola çıxarıb riskli anlar yaşatdı - VİDEO
Narkoman sürücü yük maşını ilə təhlükəli şou göstərdi - DYP görüntüləri yaydı - VİDEO











