Qırmızı işıqdan keçən mopedi avtomobil vurdu: xəsarət alan var - VİDEO

Bakıda işıqforun qırmızı işığından keçən mopedi avtomobil vurub, xəsarət alan var. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, yol-nəqliyyat hadisəsi paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, dönərxanın kuryeri kimi fəaliyyət göstərən 1997-ci il təvəllüdlü Quliyev Pənah Nizami oğlu idarə etdiyi mopedlə Səməd Vurğun küçəsində işıqforun qırmızı işığından keçib. Həmin vaxt 99-XL-071 dövlət qeydiyyat nişanlı "Lada Priora" markalı avtomobili idarə edən 1988-ci il təvəllüdlü Quliyev İlqar Adil oğlu işıqforun yaşıl ışığından keçərkən mopedə çırpılıb. Nəticədə moped səkiyə çırpılıb və yararsız hala düşüb. Mopedi idarə edən P.Quliyev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirib. Minik avtomobilinin sürücüsü İ.Quliyev "Report"a verdiyi müsahibədə bildirib ki, mopedi idarə edən şəxs onun avtomobillə hərəkətinə reaksiya verməyib: "Yəni o, bilərəkdən qəfil yola çıxıb".
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Araşdırma aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












