Qıza xoş gəlsin deyə sürəti artıran motosikletçi qəzaya düşdü; hər ikisi öldü - VİDEO

Qayda pozaraq polisdən qaçan motosikletçi ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib. Məlumata görə, 16 yaşlı yeniyetmə 18 yaşlı qızın təqdirini qazanmaq üçün idarə etdiyi motosikletlə sürət həddini aşaraq təhlükəli hərəkətlər edib. Ərazidə xidmət aparan yol polisi ekipajı gənc sürücünün bu hərəkətlərini fərq edərək ona “Saxla” əmrini veriblər. Ancaq gənc əmrə məhəl qoymayaraq təhlükəli hərəkətlərinə davam edib. Təqib zamanı gənc sürəti daha da artıraraq motosikletin idarəetməsini itirib və minik avtomobili ilə toqquşub.
Zərbənin təsirindən motosikletçi və onun sərnişini havada uçaraq biri asfalta, digəri isə yol kənarına düşüb.
Qəza nəticəsində hər iki yeniyetmə dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO












