Qoşa xəttə məhəl qoymayan sürücü əks yola çıxıb hərəkəti ləngitdi - VİDEO

Qaydalar 30 Aprel 2026 17:30
Qoşa xəttə məhəl qoymayan sürücü əks yola çıxıb hərəkəti ləngitdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Azadlıq prospektində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 21-də saat 13:27 radələrində qeydə alınıb. Belə ki, 10-CE-022 dövlət qeydiyyat nişanlı “KIA” markalı avtomobilin sürücüsü geriyə manevr etmək istəyərkən qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb.

Nəticədə sürücü hər iki istiqamətdə nəqliyyat axınının hərəkətini çətinləşdirib, yolda qısa müddətli sıxlıq yaradıb və qəza şəraiti formalaşdırıb.

Qeyd edək ki, qoşa xəttin üzərindən manevr edilməsi qanunla qadağandır və bu kimi hallara yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 bal və 100 manat məbləğində cərimə olunurlar.

Nərmin

Oxunub : 292
ŞƏRH YAZ
Ad

E-mail

Şərh