Qoşa xəttin üstüylə sürüb qırmızıda keçən sürücü - 77-RP-276 - VİDEO
Qaydalar
16 İyul 2024 12:30
Oxunub 654
Abşeron rayonu Mehdiabad-Digah yolunda kobud qayda pozan sürücü anbaan görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 11-də saat 16:32 radələrində qeydə alınıb. Belə ki, 77-RP-276 dövlət nömrə nişanlı “Hyundai Avante” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbəni pozaraq axına qarşı hərəkət edib. Bununla yanaşı o, işıqforun qırmızı işığında yolayrıcına daxil olub və digər hərəkət iştirakçılarına qəza riski yaradıb.
Xatırladaq ki, sürücünün törətdiyi qayda pozuntuları İnzibati Xətalar Məcəlləsinin 327.4 və 327.2-ci maddələriylə nizamlanır və 150 manat və 4 ballar cəzalandırılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR