Qucağında azyaşlı ilə sükan arxasında oturan sürücü CƏZALANDIRILDI - VİDEO

Sumqayıt şəhərində yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü cəzalandırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Qeyd olunub ki, yayımlanmış videomaterial üzrə müvafiq araşdırma aparılıb.
"Araşdırmanın nəticəsinə uyğun olaraq, "KIA Soul" markalı 77-TE-440 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nahid Yaqub oğlu Aslanov barəsində qanunvericiliyə uyğun inzibati məsuliyyət tədbirləri görülüb.

Sürücü tutduğu əməldən peşman olduğunu bildirib və bir daha bu kimi əməllərə yol verməyəcəyinə dair vəd verib.
Baş Dövlət Yol Polis İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına daha məsuliyyətli yanaşmağa, özlərinin, doğmalarının həyatını təhlükəyə atmamağa çağırır. Unutmayaq ki, yol birgə məsuliyyət yeridir", - deyə məlumatda vurğulanıb.
***19:21, 25 fevral
Sumqayıt şəhərində sürücü kobud qayda pozuntusuna yol verib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, "KIA Soul" markalı 77-TE-440 dövlət nömrə nişanlı avtomobil şəhərin mərkəzi hissələrindən birindəki küçədə dairəyə daxil olan avtomobili gözləmədən həmin avtomobilin hərəkət zolağına çıxır.
Bu azmış kimi, sürücü digər avtomobilin hərəkət zolağında manevr qaydalarını yenidən pozur. Qayda pozan, dönmə işığından istifadə etməyən sürücünün qucağında azyaşlı uşaq da olub.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Bütöv xətləri heçə sayıb ən sağ zolaqdan ən sola keçdi - 77-NV-052 - VİDEO
Əks yoldan gələn skuter sürücüsü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
“BakuBus” sürücüsü maşını zolağından çıxmağa məcbur etdi - VİDEO
Qəfil sola manevr edib sürücüyə qorxulu anlar yaşatdı - VİDEO
Bu svetoforun əlavə bölməsi görünmür: Sürücülər boşuna dayanıb gözləyirlər - VİDEO
Bəzi sürücülərin hələ də bu qaydadan xəbəri yoxdur - Bu qədər cərimə və bal düşür - VİDEO
Qaydalardan bixəbər sürücülər motosikletçiyə çətin anlar yaşatdı - VİDEO
Sağ zolağı məşğul edib sola dönən sürücü hərəkətə mane oldu - VİDEO
Motosikletçi ona təhlükə yaradan sürücüyə görün zarafatla nə dedi - VİDEO
Bakıda sürücü nömrəsiz motosikletlə təhlükə saçdı - VİDEO
İki maşının arasından ötmə edən sürücü qorxulu anlar yaşatdı - VİDEO












