Sayrışan işıqlar və qucağında azyaşlı uşaqla "hoqqa verən" sürücü - VİDEO

Qaydalar 18 Mart 2021 14:00 Oxunub 4996
Sayrışan işıqlar və qucağında azyaşlı uşaqla "hoqqa verən" sürücü  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda bir sürücü müxtəlif avtomobillərlə qayda pozaraq video çəkib və həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, sürücü 99-ZR-034 qeydiyyat nişanlı “Vaz 2107” markalı avtomobili paytaxtın Abdulvahab Salamzadə küçəsində idarə edərkən qucağında azyaşılı uşağı əyləşdirib. Bir əli ilə uşaqdan, digər əli ilə isə sükandan tutaraq avtomobili bu cür idarə edib. Qeyd edək ki, həmin avtomobil mexaniki ötürücülü olduğu üçün sürəti artıran və ya azaldan zaman əllərini sükandan çəkməli olub. Bu isə hər hansısa bir manevr zamanı qəzanın yaranmasına gətirib çıxara bilərdi.

Bundan əlavə olaraq sürücü avtomobilin xarici işıq cihazlarına normativ tələblərin pozulması ilə nəticələnən dəyişiklik də edib. Belə ki, geriyə hərəkəti bildirən ağ işıqları sayrışan işıqlarla əvəzləyərək gözqamaşdıran funksiyalı edib.

Paylaşdığı digər görüntülərdə isə paytaxtın müxtəlif küçələrində əks istiqamətə çıxması və iki dəfə svetoforun qadağanedici işığında dayanmadan hərəkət etməsi əks olunub.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh