Banner

Radar öncəsi sürət həddi endirilir: Qayda, yoxsa təhlükə? - VİDEO

Qaydalar 5 Sentyabr 2025 22:52 Oxunub 750
Radar öncəsi sürət həddi endirilir: Qayda, yoxsa təhlükə? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə paytaxtın 8 Noyabr prospekti, Hava limanı, Zığ və Hövsan qəsəbələri istiqamətində hərəkət edən sürücüləri narahat edən məsələdən danışılıb.

Bildirilib ki, yolun əvvəlində yerləşdirilən elektron sürət göstəricisində sol iki zolaq üzrə maksimal sürət həddi 80 km/saat kimi göstərilsə də, az məsafədən sonra bütün zolaqlarda sürət həddi 60 km/saat-a endirilir.

Qeyd edilib ki, xüsusilə gecə saatlarında və ya yağışlı havada bu nişanı görmək və sürəti ani şəkildə azaltmaq çətin olur.

Bundan əlavə, həmin nişandan dərhal sonra radar qurğusu yerləşdirilib. Bu zaman sual meydana çıxır: Bərabərsəviyyəli piyada keçidinin olmadığı ərazidə sürət həddini endirməyə ehtiyac varmı?

Ətraflı süjetdə:


 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh