Reklam

Radarlardan yayınmaq istəyən sürücü 800 manatlıq qayda pozdu - VİDEO

Qaydalar 30 İyul 2024 10:00 Oxunub 4126
Radarlardan yayınmaq istəyən sürücü 800 manatlıq qayda pozdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda məsuliyyətdən yayınmaq istəyən sürücünün etdiyi əməl kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 29-da, paytaxtın hava limanı yolunda qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü radar və kameralardan yayınmaq üçün arxa qeydiyyat nişanındakı sonuncu rəqəmin üzərinə örtük çəkərək görünüşünü məhdudlaşdırıb.

Avtosfer.az-ın araşdırmasından sonra məlum olub ki, həmin avtomobilin qeydiyyat nişanı 10-LS-979-dur.

Qanunvericiliyə görə, qeydiyyat nişanının üzərini hər hansı bir örtüklə bağlamaq qadağandır. Bu əməli törədən sürücü İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsilə 500 manatdan 800 manatadək cərimə edilə bilər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh