Ramil Usubov: “Ötən il qayda pozan 3 milyona yaxın şəxsə protokol tərtib edilib”

"Azərbaycanda yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında artıq dördüncü ildir ki, nəzərəçarpan azalma müşahidə olunur". Avtosfer.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün nazirlikdə keçirilən kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması ötən il 13 faiz artaraq 2.861.880 inzibati xəta təşkil edib. O cümlədən sürət həddinin aşılması ilə bağlı təxminən 2 dəfə, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar 20 faiz, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı isə 37 faiz çox fakt müəyyən olunub. Bütövlükdə müxtəlif inzibati xətalara görə respublika üzrə 2015-ci illə müqayisədə 12,5 faiz çox və ya 2.970.367 protokol tərtib edilib. Nəticədə 2.884.578 nəfər cərimələnib, 3.858 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 47.236 şəxsə xəbərdarlıq edilib.
Elmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












