Rəqsanə və əri körpənin həyatını heçə saydı - Əri iki dəfə qayda pozdu - VİDEO

Qaydalar 18 İyul 2022 11:38 Oxunub 3358
Rəqsanə və əri körpənin həyatını heçə saydı - Əri iki dəfə qayda pozdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı ilə oğlunun yeni görüntülərini paylaşıb. Avtosfer.az xəbər verir ki, Rəqsanə sükan arxasında əyləşən həyat yoldaşı, iş adamı Fazil Əmiraslanovu və onun qucağındakı oğlu Məhəmməd Əlinin videosunu sosial şəbəkə hesabında yayımlayıb.

Görüntülərdə Rəqsanənin övladının həyatına etinasız yanaşması əks olunub. Belə ki, F.Əmiraslanov avtomobil idarə edən zaman körpəsini qucağında saxlayıb və bununla azyaşlının həyatını heçə sayıb.

Həmçinin, F.Əmiraslanovun sükan arxasında kəmərdən istifadə etməməsi də diqqətdən qaçmayıb. 

Sözügedən paylaşımı təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh