Riyad Əliyevə 30 sutka verildi - Yol polisinə yumruq vurub

Bir neçə gün öncə Bakıxanov qəsəbəsində Yol Patrul Xidməti əməkdaşları tərəfindən içərisində Riyad Əliyevin olduğu “Mercedes S-65 AMGL” avtomobili saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Haqqin.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Avtomobilin şüşələrinin qanunla qadağan olunmuş “plyonkalı” olması polislərin diqqətindən qaçmayıb. Hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri sürücüdən sənədlərini təqdim etməyi tələb etdiyi halda, maşından düşən sərnişin polislə mübahisə etməyə və qanuni tələblərə müqavimət göstərməyə başlayıb. Həmin şəxs yol polisi əməkdaşına yumruq zərbəsi də vurub. Daha sonra sərnişinin R. Əliyev olduğu məlum olub. R.Əliyevin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Yasamal Rayon Məhkəməsinə göndərilib. Bu gün məhkəmə qərarına əsasən ona 30 sutka inzibati həbs verilib.
Qeyd edək ki, həbs olunan R.Əliyev Azərbaycan prezidenti İlham Əliyevin əmisi nəvəsidir.
R.Əliyevin atası İlqar Əliyevə məxsus və həbs olunan sözügedən oğlunun adını daşıyan "Riyad" təhlükəsizlik xidmətinin ötən ilin ortalarında şəhərdə fəaliyyət göstərən marketlərin birinə qanunsuz basqın etdiyi üçün 20 əməkdaşı barəsində həbs qərarı verilmiş, həmin şirkət isə ləğv edilmişdi.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyev dəfələrlə vəzifəli şəxslərin övladlarının nizam-intizama riayət etməsinin vacib olduğunu vurğulayıb. Prezident xüsusilə avtomobillərin "plyonkalı" idarə edilməsinə qarşı barışmaz mövqe göstərir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












