Roliklə şəhərin mərkəzində “hoqqa” verən gənclər təhlükə saçdı - VİDEO

Paytaxtın Neftçilər prospektində qayda pozan gənclər görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə noyabrın 19-da saat 18:34 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, rolik sürən gənc qız və oğlan həm özlərini, həm də sürücüləri təhlükəyə atıblar. Belə ki, onlar hərəkətdə olan nəqliyyat vasitələrinin arasından gah sağa, gah da sola keçərək qəza şəraiti yaradıblar. İzləyicinin sözlərinə görə, gənclər roliklə yol boyu təhlükəli manevrlər edərək dəfələrlə qəza riski yaradıblar.
Qeyd edək ki, rolik, skuter və digər kiçik hərəkət vasitələri piyadalar üçün nəzərdə tutulmuş ərazilərdə, eləcə də xüsusi ayrılmış zolaqlarda istifadə edilməlidir. Yolda nəqliyyat vasitələrinin arasına daxil olmaq, zolaqlar arasında manevr etmək və sürücülərin hərəkət trayektoriyasını pozmaq qəti şəkildə təhlükəlidir. Bu cür vasitələrdən istifadə edən şəxslər görünmə ehtimallarının az olduğunu nəzərə almalı, sürücülər üçün gözlənilməz manevrlər etməməli və hər zaman öz təhlükəsizliklərini ön planda tutmalıdırlar.
Nərmin













