Müğənni Rüfət Axundovun avtomobili saxlanılaraq duracağa yerləşdirilib - VİDEO - FOTO - YENİLƏNİB

Müğənni Rüfət Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olun duracağa yerləşdirilib.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Qeyd edilib ki, toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək. (apa)
***
Sosial şəbəkələrdə müğənni Rüfət Axundovun avtomobil idarə edərkən Mərdəkan-Zaqulba yolunda müəyyən olunmuş sürət həddini aşması ilə bağlı görüntülər yayılıb. Belə ki, Mərdəkan şosesi-Zuğulba yolunda hərəkətdə olan Axundov 90 sürət həddini 127 km/saat sürətlə aşıb. O həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqələr bölməsinin rəisi baş inspektor, mayor Araz Əsgərli azxeber.com-a açıqlama verib.
Onun sözlərinə görə, sürət həddinin aşılması ilə bağlı hansısa qayda pozuntusunu lentə alınmış görüntüdən yox, xüsusi texniki baxışla müəyyən etmək vacibdir.
"Hansısa görüntüyə görə sürücüyə protokol yazıla bilməz. Qayda pozuntusunu yollarda quraşdırılmış radar qurğuları elektron şəkildə müəyyən edir. Sürət həddini aşan avtomobil radar vasitəsilə müəyyən olunarsa, həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 328.2 bəndinə əsasən 50 manat 2 bal ilə cərimə olunur. Həmin görüntü barədə araştırılma aparılmalıdır ki, qayda pozuntusunun olub-olmaması müəyyən olunsun. Bu istənilən qayda pozuntusu üçün keçərlidir”.
Araz Əsgərli kimliyindən asılı olmayaraq bütün vətəndaşları qaydalara ciddi əməl etməyə çağırıb: "Kimliyindən asılı olmayaraq hər kəs qaydalara əməl etməlidir. Yükək sürət zamanı belə havalarda qəza baş verərsə, bu zaman maşını idarə etmək daha çətinləşir. Hər kəs özü-özünün polisi olmalıdır. Yol hərəkəti qaydaları elə bir qaydalardır ki, bu qayda pozuntusunu etdikdən sonra artıq düşünməyə zamanımız olmur. Bu da faciə ilə nəticələnər. Qayda pozmamaq ilk öncə insanın özü üçün, daha sonra inzibati məsuliyyət üçün önəmlidir. Xüsusən də tanınmış simalar bu kimi şeylərə daha çox önəm verməlidir, insanlar onları tanıyır, örnək alır. Onlar beləliklə polisin də işini asanlaşdıra bilərlər”.
***
Müğənni Rüfət Axundov yol-hərəkət qaydalarına əməl etməyib.
İfaçı Bakıda aeroport yolunda sürət həddini aşıb.
Mərdəkan istiqamətində hərəkətdə olan R.Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, avtomobili 127 km/saatla sürüb.
Bundan başqa o, yağışlı havada “sürüşkən yol” xəbərdarlığına da məhəl qoymayıb.
Müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. (qafqazinfo)

“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO









