Ruh kimi yola çıxan sürücü ölümdən son anda qurtuldu - ANBAAN VİDEO

Yolayrıcına daxil olan bəzi sürücülər sağa və ya sola düzgün şəkildə dönmədikləri üçün təhlükəyə səbəb olurlar. Belə ki, onlar əks istiqamətli yola çıxaraq qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaradırlar. Bəzi hallarda isə bu xəta qəzayla nəticələnir. Xüsusilə dar yollarda təhlükə ikiqat artır.
Qeyd etdiyimiz halla bağlı video sosial şəbəkədə müzakirələrə səbəb olub. Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 3-də saat 12:53 radələrində İmişli rayonunun Bəcirəvan kəndində baş verib. Belə ki, 90-NG-818 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü sağa dönərkən əks yola çıxıb və bu zaman qarşıdan gələn “Chevrolet” markalı maşına qəza riski yaradıb.
“Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 7-ci hissəsinə görə, sürücülər sağa və ya sola dönərkən qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna keçməməlidirlər. Eyni zamanda, sağa dönərkən hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidirlər.
Nərmin
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO










