Rusiyaya avtomobillə getmək istəyənlərə yeni xəbər - VİDEO

Xarici ölkələrə şəxsi avtomobilləri ilə gedənlərin mülki məsuliyyətinin icbari sığortasını nəzərdə tutan “Yaşıl kart” sisteminə daha bir ölkə əlavə olunub. İran və Türkiyənin ardından avqustun 1-dən Rusiyaya gedən sürücülər də bu sistemdən istifadə edə biləcəklər. “Yaşıl kart” sığorta şəhadətnaməsi 1, 3 ,6 və 12 aylıq müddət üçün nəzərdə tutulur. Ölkəmizdə belə şəhadətnaməni 11 şirkət verir. Sığorta haqları müqavilənin müddətindən, avtomobillərin yük götürmə qabiliyyətindən və mühərrikin həcmindən asılı olaraq dəyişir. “Yaşıl kart” sisteminə görə, xarici ölkələrə şəxsi avtomobilləri ilə səyahət edən sürücülər qəza törədərlərsə dəymiş ziyan həmin ölkənin icbari sığortalar bürosu tərəfindən ödənilir. Bu məbləğ hər bir ölkəyə görə fərqlənir. Daha sonra zərərçəkənə ödənilən vəsait müvafiq qaydada ölkəmizin icbari sığorta bürosundan tələb edilir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












