Sabirabaddakı qəzada ölənlərin ailələri sığorta alacaqlarmı?

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Sabirabadda baş verən, 6 nəfərin öülümü ilə nəticələnən faciə ilə bağlı münasibət bildirib. Avtosfer.az xəbər verir ki, hadisənin detalları barədə məlumat paylaşan Sahib Məmmədov sığorta ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib.
1.Əvvəla bu hadisənin istehsalatda baş verən bədbəxt hadisə olub-olmaması barədə. Bildiyim budur ki, faciə ailə-fermer təsərrifatı ilə bağlıdır. Faciə ailə öz traktor və qoşqu vasitəsindən istifadə etməklə tarlaya gedəndə baş verib.Əmək Məcəlləsində ailə kəndli təsərrüfatı üzvlərinin əmək münasibətlərinin tənzimlənməsi xüsusiyyətləri adlı bölmə var. Amma burada münasibətlərin tənzimlənməsi, o cümlədən əməyin mühafizəsi məslələri həllini tapmır. Yəni ərin öz arvadı ilə və ya kişinin (qadının) öz uşaqları ilə əmək müqaviləsi bağlanması açıq qalır. Bu şifahi də ola bilər. Baş vermiş faciə istehsalat qəzasından daha çox bir ailənin faciəsidir. Onlar bu mexanizmlə tarlaya yox, toya da gedə bilərdi.
2. Belə nəqliyyat vasitəısi ilə adamları daşımaq olarmı? Əlbəttə yox. İnsan daşınması üçün nəqliyyat vasitəsi uyğun olmalıdır. Bunun qadağan olunmasının isə mexanizmi yoxdur. Kəndarası yolda YPX gəlib heç kəsi cərimələyən deyi. Bu real məslə deyil.
3.Vaxtı keçmiş, aşınaraq sıradan çıxmış bu mexanizmlərdən istifadə etmək olarmı? Əslində yox. Amma bu gün müvafiq dövlət orqanlarının kəndlilərin kolxoz və sovxozlardan qalan texnikanı işlətməsini qadağan etməsi necə qarşılanar? Bu texnikanı zorla yığıb təkrar metal emalı müəssisələrinə versələr, bu gün hökuməti ittiham edənlərin hay-küyünü təsəvvür edirsinizmi? Mümkün deyil.
4. Baş verən faciə ilə bağlı zərərin əvəzi (o cümlədən insanların vəfat etməsi nəticəsində yaranan zərər) kimtərəfindən ödənilməlidir?
Əgər bu istehsalat qəzası olsaydı, işçilərlə əmək müqaviləsinin bağlanıb-bağlanmamasından, onların icbari sığortaya cəlb edilib-edilməməsindən asılı olmayaraq zərəri işəgötürən ödəməli idi. Bu halda isə heç kəs. Təbii humanizm baxımıdan hakimiyyət orqanları nə isə edəcəklər. Amma hüquqi baxımdan sığorta yoxdur və sığorta hadisəsi baş verməyib.
5. Cinayət hadisəsi baş veribmi? Baş verib. Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümü baş verib. Amma cinayəti edən də ailənin başçısıdır, yaxud ailənin digər üzvüdür.
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO












