Sabunçu-Ramana yolu keyfiyyətsiz çəkilir

Sabunçu sakinləri Sabunçu-Ramana avtomobil yolunun tikintisindən narazıdırlar. Avtosfer.az xəbər verir ki, bu barədə rayonun Dilmənqani Kişvəri küçəsinin bir qrup sakini “Bizim Yol” qəzetinə bildirib. Sakinlərin sözlərinə görə, uzun illər Sabunçu-Ramana avtomobil yolu bərbad vəziyyətdə olub. Bu ilin noyabr ayında 44 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sabunçu-Ramana avtomobil yolunun tikintisi məqsədi ilə 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,6 milyon manat ayrılması barəsində prezident sərəncam verib. Vəsait ayrılandan sonra yolun çəkilişinə başlanıb.
Çəkilməkdə olan yolun fotogörüntüsünü qəzetə göndərən sakinlər iddia edir ki, yola keyfiyyətsiz asfalt örtüyü salınır və piyadaların hərəkəti üçün səki qurulmur. Piyadalar yenə palçıqlı yolla hərəkət etməli olacaqlar. Sakinlər kanalizasiya xətti olmadan yola asfalt örtüyünün salınmasından da narahatdırlar. Onlar kanalizasiya xəttinin çəkilişi üçün asfalt yolun qazılacağını istinsna etmirlər.


Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












