Sağ zolaqdakı maşını sıxışdırıb sürücünün səbrini tükətdi - 77-AN-166 - VİDEO

Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində qayda pozan sürücü anbaan görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 11-də saat 18:38 radələrində qeydə alınıb. Videodan da göründüyü kimi, 77-AN-166 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, sağ zolaqda hərəkətdə olan maşına əhəmiyyət vermədən onu sıxışdırıb. Ardınca isə qayda pozan sürücü həmin zolağa keçərək görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü “Niyə elə edirsən?” deyərək ona əsəbiləşib.
Qeyd edək ki, sözügedən küçədə sağ zolaq yalnız sağa dönməyə icazə verir. Bəzi sürücülər qabağa düşmək üçün səhv zolaqla hərəkət edərək yolayıcına çatan vaxt videodakı sürücü kimi qayda pozurlar. Belə situasiya ilə qarşılaşmamaq üçün öncədən düzgün zolaqda yerləşmək lazımdır.
Nərmin
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO











