Sağa dönənlərin zolağına girən sürücü eyni anda 3 qayda pozdu - VİDEO
Qaydalar
22 Sentyabr 2025 09:00
Oxunub 1402

Bakıda yol nişanlanma xəttinin tələblərini pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 2-də paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində qeydə alınıb. 77-HM-090 dövlət nömrə nişanlı “Skoda” markalı avtomobilin sürücüsü sağa hərəkət üçün nəzərdə tutulmuş zolaqla gedərək sola dönüb. Kadrlardan da göründüyü kimi, o, əvvəlcə stop xəttini keçərək işıqforun yaşıl işığını gözləyib, daha sonra sola dönərək yoluna davam edib. Beləliklə sürücü bu hərəkətlərə yol verməklə eyni anda 3 qayda pozuntusu törədib: 1) Yolun hərəkət hissəsində yerləşmə qaydası, 2) stop xəttin tələbinin pozulması, 3) Manevr qaydasının pozulması.
Fərid
ŞƏRH YAZ














