Sağa yandırıb sola dönən sürücü təhlükəli vəziyyət yaratdı - 77-ER-717 - VİDEO

Bakıda manevr qaydasını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 6-da, paytaxtın Yusif Səfərov küçəsinin girişində qeydə alınıb.
Belə ki, 77-ER-717 qeydiyyat nişanlı "Audi"markalı avtomobilin sürücüsü Babək prospekti istiqamətinə getmək üçün sağa dönmə işığı yandırıb. Lakin zolaqlar üzrə düzgün hərəkət edə bilmədiyi üçün sol zolağa yerdəyişmə edib. Bu zaman həmin zolaqla hərəkət edən avtomobilin qarşısına çıxaraq ona qəza şəraiti yaradıb.
Yol hərəkəti qaydalarına görə, sürücülər zolaq dəyişərkən hərəkət istiqamətlərini düzgün müəyyən etməli, siqnal verməli və digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdırlar. Lakin bəzi sürücülər bu tələblərə əməl etməyərək, digər yol iştirakçıları üçün təhlükə yaradırlar. Belə hallar xüsusilə döngələrdə daha çox müşahidə edilir.
Döngə olan yollarda bəzi sürücülər zolaqları düzgün izləmək əvəzinə, sağa və ya sola kəsərək hərəkət edirlər. Bu, nəinki qayda pozuntusudur, həm də qəzalara gətirib çıxara biləcək təhlükəli bir vərdişdir. Yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün sürücülərin zolaqlar üzrə hərəkət etməsi vacib hesab olunur.
Fərid
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










