Sağa yandırıb sola dönən sürücüdən təhlükəli manevrlər - VİDEO

Qaydalar 27 Sentyabr 2024 11:00 Oxunub 204
Sağa yandırıb sola dönən sürücüdən təhlükəli manevrlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 

Bakıda manevr qaydalarını pozan sürücünün hərəkətləri kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 11-də, paytaxtın Rixard Zorge küçəsilə Nizami Gəncəvi küçəsinin kəsişməsində baş verib.

Belə ki, 77-SN-840 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü sağa dönmə işığını yandıraraq sola dönüb. Bir az irəlilədikdən sonra sol zolağa keçən sürücü qəfildən fikrini dəyişərək sağa manevr edib. Bu zaman görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilər.

 

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh