Sağdan gələn maşına yol verməyən sürücü qəza şəraiti yaratdı - VİDEO

Qaydalar 5 Mart 2026 18:54
Sağdan gələn maşına yol verməyən sürücü qəza şəraiti yaratdı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zabrat–Maştağa yolunda qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 4-də səhər saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, yolayrıcına daxil olan 50-EB-281 dövlət nömrə nişanlı “QAZ-3110” markalı avtomobilin sürücüsü manevr zamanı sağ tərəfdən gələn nəqliyyat vasitəsinə məhəl qoymadan hərəkət edib.

Nəticədə o, görüntünü qeydə alan sürücü üçün qəza şəraiti yaradıb. Qarşı tərəf toqquşmanın qarşısını almaq üçün hərəkətini saxlayıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən, yolayrıclarında manevr edən sürücülər hərəkət istiqamətini dəyişərkən digər nəqliyyat vasitələrinə mane olmamalı və üstünlük hüququ olan avtomobillərə yol verməlidirlər. Bu qaydaya əməl edilməməsi isə həm qəza riskini artırır, həm də sürücülər üçün inzibati məsuliyyət yarada bilər. 

Nərmin

Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh