Sağdan sola qəfil dönən sürücü qəza şəraiti yaratdı - VİDEO

Qaydalar 27 Sentyabr 2024 15:15 Oxunub 192
Sağdan sola qəfil dönən sürücü qəza şəraiti yaratdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün hərəkətləri kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 23-də Beynəlxalq Avtovağzalın qarşısında baş verib.

Belə ki, 99-XR-149 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü sola dönəcəyi halda sağ zolaqla hərəkət edib. Geriyə dönmə yerinə çatan zaman isə qəfildən sola manevr edərək digər sürücüyə təhlükə yaradıb.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh