Şamaxı yolunda ölümə gedən sürücü iki dəfə qəza təhlükəsi yaratdı - FOTO - VİDEO

Bakı-Şamaxı yolunda qəza şəraiti yaradan sürücü görüntülənib. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün Qobustan rayonu Şıxzahırlı kəndi ərazisində qeydə alınıb. Belə ki, 02-BL-015 qeydiyyat nişanlı “VAZ-21015” markalı avtomobilin sürücüsü ötmə əməliyyatı etmək istəyən zaman hərəkətdə olan “Ford Fusion” markalı avtomobilin qarşısına çıxıb. Qəzanın baş verəcəyini görən “Ford”un sürücüsü səs siqnalından istifadə edərək hadisənin qarşısını alıb. Lakin “VAZ”ın sürücüsü bu dəfə avtomobili digər nəqliyyat vasitəsinin önünə sürüb və ona yenə səs siqnalı ilə xəbərdarlıq edilib.
Avtosfer.az-ın elektron poçt ünvanına göndərilən görüntülərdə “Ford” sürücüsünün “VAZ-21015” markalı avtomobilin sürücüsünə öz etirazını bildirdiyi və daha sonra “VAZ”ın sükanı arxasına qara köynəkli sürücü əvəzinə ağ köynəkli şəxsin keçdiyi görülür.

Belə qənaətə gəlmək olur ki, qəza şəraiti yaradan sürücünün ümumiyyətlə nə sürücülük vəsiqəsi, nə də sürücülük səriştəsi var. Sadəcə bir avtomobil sahibinin məsuliyyətsizliyi ucbatından az qala faciə baş verəcəkdi.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 51-ci maddəsində qeyd olunub ki, sürücü ötməyə başlamazdan əvvəl əmin olmalıdır ki, eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb. Görüntüdə əks olunan sürücü isə bu müddəanın tələbinə tam zidd hərəkət edərək qaydaları kobud şəkildə pozub.
Namiq Musayev
Sığorta haqlarının hesablanması ilə bağlı nələr dəyişdi? – AÇIQLAMA - VİDEO
Qırmızı işıqda əks zolağa çıxan sürücü qarşıdan gələnlərin yolunu kəsdi - VİDEO
Şəhərin mərkəzində təhlükəli manevr edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Sərxoş vəziyyətdə "Ford" sürən şəxs həbs edildi
Öz rahatlığını düşünən sürücü yolu bağlayıb hərəkətə mane oldu - VİDEO
Tıxacda gözləməyə səbri çatmayan sürücü yol çiyninə çıxıb şütüdü - VİDEO
Dairədə öz kefiylə hərəkət edən sürücü ard-arda təhlükə yaratdı - VİDEO
Maşını “zebra”nın üstündə saxlayıb telefonla oynayan sürücü CƏRİMƏLƏNDİ – 77-LC-012 - VİDEO
Tıxacda əks yola çıxan sürücülər vəziyyəti çıxılmaz həddə çatdırdı - VİDEO
Bakıda qanunsuz parklanma yeri nəzarətə götürüldü - VİDEO - YENİLƏNİB
Sürücünün səhlənkarlığı yolayrıcında təhlükəli anlar yaşatdı - VİDEO








