Şamaxinkada yollarını qısaldan sürücülər "protiv" sürürlər - VİDEO

Paytaxtın Moskva prospektində (Şamaxinkada) sürücülər yollarını qısaltmaq üçün kobud qayda pozuntuları törədirlər. Avtosfer.az xəbər verir ki, videogörüntü oktyabrın 16-da qeydə alınıb.
Belə ki, 2-ci Alatava ərazisi istiqamətinə hərəkət etmək istəyən sürücülər avtovağzaldan geriyə dönməmək üçün qayda pozmağa üstünlük verirlər. Sürücülər geriyə döndükdən sonra ya axına qarşı əks gedirlər, ya da ki, geriyə hərəkət edərək manevr qaydasını kobud şəkildə pozurlar.
Qeydə alınmış videogörüntüdən də aydın şəkildə görünür ki, 10-MJ-055 qeydiyyat nişanlı "Audi" markalı avtomobilin sürücüsü birtərəfli yolun əksi istiqamətinə hərəkət edib, 90-OS-090 qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüsü isə geriyə hərəkət edərək qaydaları kobud şəkildə pozublar.
Qeyd edək ki, bu formada geriyə hərəkət etmək qanunla qadağandır. Geriyə hərəkət yalnız ən qısa məsafədə (məsələn parklanma etmək üçün) istifadə edilə bilər.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










