Yasamalda sürücü ağır qəzadan belə xilas oldu - VİDEO

Qaydalar 17 Fevral 2021 14:25 Oxunub 2132
Yasamalda sürücü ağır qəzadan belə xilas oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

20 Yanvar dairəsində yol hərəkəti qaydasını pozan sürücü qəza vəziyyəti yaradıb. Belə ki, 99-RR-154 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü Müzəffərov Həsənov küçəsi ilə gəlib Həsən bəy Zərdabi küçəsi istiqamətinə getməli olduğu halda yol nişanının tələbini pozaraq sola- Moskva prospektinə dönüb. Qaydanı pozan sürücü Həsən bəy Zərdabi küçəsi istiqamətinə gedən motosikletin qarşısına çıxaraq ona qəza şəraiti yaradıb.

Təəssüflər olsun ki, sürücülər ən xırda qayda pozuntusunun ağır sonluqla nəticələnə biləcəyini anlamaq istəmirlər. Bəzən saniyələrin hökmü, bəzən isə digər sürücünün reaksiyası qəzadan yayınmağa imkan verir. Lakin bu həmişə belə olmur...

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh