Sarı nömrəsi olmayan moped sürücülərini nə gözləyir? - VİDEO

Son zamanlar paytaxt küçələrində sarı nömrəli mopedlərin hərəkət etməsinin şahidi oluruq. Sosil şəbəkələrdə yayılan məlumata əsasən, bu nömrələrin Dövlət Yol Polisi İdarəsi tərəfindən verildiyi və nömrənin olmadığı halda cərimə yazıldığı bildirilib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev məsələ ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu şəkildə dövlət qeydiyyat nişanları Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hər hansısa bir nəqliyyat vasitəsinə verilmir. Bu, ayrı-ayrı şəxslər tərəfindən kustar üsulla hazırlanan və qeydiyyat nişanlarına bənzədilən bir lövhədir. Mopedlərin üzərində olan həmin lövhə heç bir hüquqi əhəmiyyət kəsb etmir. Qanunvericiliyə edilən sonuncu dəyişikliyə əsasən, maksimum sürəti 50 km/saatdan artıq olan nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmalıdır. Həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin isə A kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Bir daha qeyd etmək istəyirəm ki, sarı fonlu, üzərində müxtəlif rəqəmlə yazılan bu lövhələr Baş Dövlət Yol Polisi İdarəsinə aid deyil.
Nərmin
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO
Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir - 77-HN-425 - FOTO
Sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO - YENİLƏNİB











